Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"...Özümü atmağı planlamışam" - Mətanət Əsədova

Müğənni Mətanət Əsədova səhhətində yaranan problemlərdən danışıb.
RegionTV.info xəbər verir ki, o "Zaurla Günaydın" verilişində mövzu haqda bunları deyib:
"Səsim üçün ağlayıram. Bu səsdən yenə olsa, göz yaşı tökmərəm. Amma təkrar gəlməyəcək.  Bir ildir ki, əzab çəkirəm . Hər xanım xoşbəxt olmağı, ailə  səadətini istəyər. Allahdan onu diləmirəm.  Deyirəm, canımı al, lakin səsimə dəymə.  Uzun müddətdir, sanki ölmüşəm. Hətta demək istədiklərimi də yazırdım, səsim çıxmırdı. Zəng edənlərlə danışmırdım, kimsəni görmürdüm. Söyləyirdim ki, mənə dua edin. Neçə dəfə özümü öldürmək istəmişəm. Çoxmərtəbəli mərtəbəli binadan özümü atmağı planlamışam".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də