Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Fədayə həbsxanada olanda ailəsinə maddi yardım göstərdim - Amma çıxanda bunu təkzib etdi"

Müğənni Fədayə Laçınla Rəqsanə İsmayılova küsülüdür.
RegionTV.info xəbər verir ki,  bu haqda Rəqsanə "ATV maqazin onlarla"da deyib. O bildirib ki, Fədayə həbs olunanda onun ailəsinə maddi yardım göstərib:
"Amma həbsxanadan çıxanda dedi ki, Manaf Ağayev mənə yardım edib. Amma həmin məqamda ən çox mən onların yanında oldum. İndi onu heç axtarmıram da. Fədayəni Moskvaya gətirən mən oldum. Çünki mən onun yaşadığını yaşamasam da, ailəm yaşayıb. Yığdım müğənniləri ki, onun ailəsinə pul yığaq. Nura Suri sağ olsun, təklif ondan gəlmişdi. Xalq artistləri var idi ki, 50 manat göndərmişdi. Utandığımdan həmin siyahını cırdım. Hər şeydən əvvəl də anamı evlərinə göndərmişdim. Mənim kiməsə borcum yoxdur. Heç vaxt adımı çəkmədi.
Fədayə Laçınla heç vaxt yaxın dost olmamışam. Bir dəfə onunla eyni verilişdə idik. Qayıtdı ki, heç vaxt qalmaqalda olmamışam, olmayacam da. Amma gördün necə sınaqlardan keçdin? Fədayə bir nömrə olanda mənə kömək etmirdi. Tacir Şahmalıoğlu ilə bütün günü toylarda idilər. Əksinə məni vururdular, toylarda olmasın deyirdilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də