Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

30 yaşdan aşağı şəxslər arasında ağırlaşmalar müşahidə olunur - Nə baş verir?

"Azərbaycanda koronavirusun yeni ştammları ilə bağlı laborator analizlər aparılır və hər dəfə fərqli ştamm açıqlananda, xüsusilə təhlükəli ştammlar aşkar ediləndə əhaliyə elan edilir".Bunu RegionTV.info-ya  açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib. İnfeksionist qeyd edib ki, sərt karantin rejimi bir göstəriciyə görə tətbiq edilmir:
"Hazırda ölkəmizdə "Delta" ştammının aşkar edilməsi ilə bağlı bir məlumat yoxdur. Bizdə bir neçə gün əvvələ baxsaq qismən COVİD-ə yoluxanlar arasında artım müşahidə edirik. Yenə də risk qruplarında bir dəyişiklik müşahidə olunmur. Yəni xəstəliyin ağır forması, daha çox yaşlı, yanaşı xəstəliyi olan şəxslərdə müşahidə olunur və bu da diqqət mərkəzindədir ki, vaksinasiya olunmayanlar arasında xəstəxanaya yatış ehtiyacı daha çox görünür, nəinki vaksinasiya olunanlar arasında. Həmçinin də hazırda ölüm göstəricisi də vaksinasiya olunmayanlar arasında daha yüksək rəqəmlərdədir. Sərt karantin rejimi bir göstəriciyə görə - yoluxanların sayının artmasına və yaxud da ölüm göstəricisinin artmasına görə tətbiq olunmur. Burada bir çox nüanslar, statistik araşdırmalar və digər ölkələrin təcrübəsinə əsaslanaraq sərt karantin rejimi tətbiq olunur ki, buna da yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verir. Sadəcə olaraq onu deyə bilərəm ki, son günlərdə 60 yaş üzəri insanlar arasında xəstəliyin daha ağır gedişini müşahidə etsək də, 30 yaşdan aşağı şəxslər arasında da ağırlaşmalar müşahidə olunur". 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də