
4 şadlıq sarayı və 1 restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilmişdir.
Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha toy etməyi planlaşdıran vətəndaşlarımızdan, eləcə də toy şənliklərinin keçiriləcəyi şadlıq sarayı və restoran sahiblərindən təşkil edəcəkləri şənlik mərasimləri zamanı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədə malik olmaları tələbinə ciddi riayət və nəzarət etməyi xahiş edir. Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən polis və digər aidiyyəti qurumlar qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar şəxslər barəsində cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar.