
Bildirilib ki, Vüqar və Aqil adlı şəxslər cüyür ətindən kabab hazırlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
RegionTV.info-nun məlumatına görə, xidmətin rəisi Hikmət Əlizadə “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
Qeyd edək ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.