RegionTV.info
Samuxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qiyaslı kəndində qeydə alınıb.
1968-ci il təvəllüdlü Əhmədov Rövşən Qədir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisə əkin sahəsində olub. 53 yaşlı kişini "Şöşü” adlı tanışı bıçaqlayıb.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş