Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid anasından pul almaq LƏYAQƏTSİZLİYİ

RegionTV.info                                                                                                     
Səbuhi Məmmədlinin yazısını təqdim edir
"Azərbaycan nəşriyyatında dırnaqarası jurnalistlər hamısı düşüb rayonlarda şəhid ailələrinin canına. 100 manatdan pul yığıblar, ortada nə yazı var, nə kitab. Ayıbdır. Ailələrin səsinə qulaq asdım, öldüm xəcalətimdən".
Az öncə jurnalist dostumuz Elnurə Abışova həyəcan təbili çaldı, necə deyərlər. Həmin vaxt, ardınca da belə yazmışdı Elnurə: "Rayon və kənd yerlərində çox zaman şəhid ailələri özləri övladalrının xatirələrini əbədiləşdirməkdə maraqlı olurlar və jurnalistəm deyib qabaqlarına çıxan hər insana inanırlar. Bundan istifadə edən bəzi "jurnalistlər" də müharibə qurbanlarının ailələrini özlərinə qazanc yeri kimi görürlər. Salyandan Abdulla Məcidov bizə zəng edərkən özü oğlunun haqqında veriliş çəkilməsi üçün pul verərək rayona jurnalistlər dəvət etdiyini, lakin sonradan onların yoxa çıxdığını demişdi. Eyni qaydada uşaqlarının haqqında hansısa məqalə və yazı görmək istəyən çoxlu sayda valideyn də ildə bir dəfə çıxan adı olub, özü olmayan qəzet və jurnalların müxbirlərinin "çörək ağacına" çevriliblər. Bu kimi dilənçiliyə görə ciddi jurnalistikanın adı ləkələnir, kiminsə yanında jurnalistəm deyəndə "sən də onlardansan?" sualı verilir. Əlində press kartı olan hər kəsə mütləq ciddi nəzarət edilməlidir. Bu şəkildə atılan addımlar artıq hamımızıın alnına çalınan qara ləkədir. Bu kimi hallarla rastlaşan vətəndaşları hüququ mühafizə orqanlarına müraciət etməyə çağırıram".
Hə, sosial şəbəkələrdə tez-tez söhbət yayılırdı. Amma, nə edək, şəhid adı var axı. İnanmaq istəmirdik. Doğrudanmı? Yox, daha bu qədər də yox da. Mən başa düşürəm, bəlkə də hansısa təhsil şöbəsinin müdirinə, ya bələdiyyə sədrinə, hətta suvarma sistemlərinə məsul şəxsə də hədə-qorxu gəlib pul almaq olar.
Və ya əksinə, elə hansısa təhsil şöbəsinin müdirini, bələdiyyə sədrini, lap elə suvarma sistemlərinə məsul şəxsi tərifləyib göy üzünə də qaldırmaq olar. Və bunu müqabilində  pul alınır da. Amma şəhid ailəsindən nəsə ummaq? Bax, bunun adı yoxdu, bunun adı şərəfsizlik və ləyaqətsizlikdən də ötədi. Bu artıq mənəviyyatsızlıq da deyil. Bu nəsə başqa bir şeydi. Oxumamışam, bilmirəm, əgər ən qədim əsatirlərdə söyüş tanrısı varsa, o da bu məxluqlara layiqli ad tapmayıb məncə.
Hə, şəhid şəhid ailələrindən pul alınması bağışlanan hal deyil. Bu artıq mənəviyyat müstəvisindən çıxıb. Və indi mütləq hüquq mühafizə orqanları bu məsələləri diqqətdə saxlamalı, günahkarlar cəzalandırılmalıdır.

Dünən Lent.az belə mənəviyyatsız "ÇT"nin izinə düşdü. Qəbələdə, eləcə də digər bölgələrdə özünü jurnalist kimi təqdim edərək şəhid ailələrindən pul alan bir sürü haqda "Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım" - ŞƏHİD ANASI" başlıqlı yazı dərc edilmişdi. Yazıda qeyd edilir ki, "İnform Xəbər TV" adlı bir qurumun əməkdaşı  Rübabə Vəliyeva 60 manat pul istəyib, şəhid anasından. Təkcə bir anadan da yox. Birindən 40, birindən 100 manat pul alıb. Amma heç nə hazırlamayıb, pulu sadəcə yeyib. Təsəvvür edin, qanpulunu. Buna nə ad vermək olar? Və təkcə Rübabə də deyil bu hərəkətlərə yol verən.
Ciddi araşdırma aparılmalıdır, şəhid ailələrinə qarşı bu cür əxlaqdankənar münasibət bəsləyənlər, birmənalı olaraq, aşkarlanıb üzə çıxarılmalıdırlar. Bunun adı jurnalistika hadisəsi deyil, bu cinayətdi. Və bu cinayətlər araşdırmalıdır. Şəhid adını alver predmetinə çevirmək olmaz. Bir Rübabə cəzalansa, digərlərinə dərs olacaq. Bu adamlar təkcə inzibati və digər cəzalanmalara layiq görülməli deyillər. Bunları telekanallara çıxarıb bütün ölkəyə nümayiş etdirmək lazımdı. Bəlkə də sərt oldu bir az. Amma mövzu şəhid, şəhid adıdırsa, bu müqəddəsili qəbul etməyib, ondan belə öz mənafeyi üçün istifadə edənlərin başqa cəzasını görmürəm.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də