
RegionTV.info xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Hava limanı yolunda hərəkətdə olan "Mercedes" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə zamanı "Mercedes"də olan sərnişinlər, 1998-ci il təvəllüdlü Kərimov Murad Qara oğlu və 2000-ci il təvəllüdlü Namazov Tural Tofiq oğlu xəsarətlər alıblar.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı onlara müştərək travma diaqnozu qoyulub. Bildirilib ki, gənclər toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş.