
Belə ki, Vahid Məmmədov avtomobili qaraja saldıqdan sonra qapıları arxadan bağlayıb. Avtomobilin kondisioneri isə işlək vəziyyətdə olub. Ehtimal edilir ki, avtomobildən ixrac olunan dəm qazı kondisioner vasitəsi ilə maşına dolub və nəticədə hər iki şəxs boğularaq ölüb.
Avtomobilə baxış keçirilərkən kondisioner işlək vəziyyətdə olub, lakin yanacaq bitdiyi üçün maşın sönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.