Amerikada Ermənistan təxribatına etiraz olaraq məktub kampaniyasına başlanılıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Amerika Azərbaycanlıları Şəbəkəsi ABŞ ictimaiyyətinin diqqətini Ermənistanın hücumlarına cəlb etmək məqsədilə məktub kampaniyasına başlayıb. Məktubda Qarabağ bölgəsində müharibənin başladığı andan ABŞ-ın strateji müttəfiqi olan Azərbaycanda hərbi vəziyyət elan olunduğu bildirilib.
Qeyd olunub ki, sentyabrın 27-də Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşdirilmiş dəstələri Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca mövqelərini və cəbhə xəttinin ətrafındakı yaşayış məntəqələrini atəşə tutaraq Azərbaycana qarşı hücuma başlayıblar. Şiddətli atəş nəticəsində mülki şəxslər öldürülüb ki, onların arasında bir ailənin beş üzvü və məktəbli şagirdlər də var.
“Havadarları tərəfindən silahla təchiz edilən Ermənistana diplomatik və siyasi dəstəyin verilməsi davam edir. ABŞ müttəfiqləri ilə birlikdə Cənubi Qafqazdakı imperiya layihələrinə qarşı durmalıdır”, - deyə məktubda qeyd edilib.