RegionTV.info
9 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 2403/04 ünvanında fəaliyyət göstərən "Xəmsə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin məkanda müvafiq portaldan (icaze.e-gov.az) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin, şadlıq sarayında aparılan nəzarət tədbirləri zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyi aşkarlanıb. Bununla bağlı inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.
Xəbəri paylaş