Prezident İlham Əliyevin son illər qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq yaradılan və iş prosesini müasir tələblər səviyyəsində quran aqrobağçılıq təsərrüfatlarından biri də Samux rayonun Burunqovaq kəndi ərazisində yerləşir.
Samux ərzisində meşə zolaqlarının mühafizəsi, yeni mədəni meşəliklərin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi, eləcə də meyvə ağaclarından ibarət aqrobağların salınması diqqət mərkəzindədir.
RegionTV.info saytına Feyruz Rüstəmov tərəfindən verilən məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin( ETSN) Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi tabeçiliyində olan Samux rayonun Burunqovaq meşəbəyliklərinin ərazisində ona 143 ha torpaq sahəsi ayrılıb.Həmin ərazidə 2020-ci ilin payız mövsümündən başlayaraq bu günə kimi meyvə ağaclarından ibarət bağların salınması ilə bağlı plan uğurla yerinə yetirilib. Bu günədək Feyruz Rüstəmov rəhbərliyi altında 143 hektar sahədə nar, badam, xurma, şaftalı, gilas, armud, heyva, alça, gavalı və ərik ağacları əkilib.Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, sözügedən ərazidə bağların salınması ilə yanaşı, onun mühafizəsi də təmin edilib. Belə ki, Feyruz Rüstəmovun tabeliyində olan 143 hektar meşə sahəsinin yanğından mühafizəsi üçün ətraf ərazidə 3 metr enində şum zolaqları çəkilib, vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb.
Xəbəri paylaş