
Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, 51 yaşında intihar edən Rahib Mirzəyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun 2 övladı var.