Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlon Mask Bill Qeytsi “axmaq” adlandırdı...-"Əsrin davası"

Milyarder özünə və ailəsinə koronavirusa qarşı peyvənd vurdurmaq fikrində olmadığını bildirib...




«SpaceX» və «Tesla» şirkətlərinin rəhbəri İlon Mask  onu koronavirus pandemiyasına laqeyd münasibət bəslədiyi üçün tənqid edən Bill Qeytsi cavabsız qoymayıb. 

Moderator.az  İsrail mediasına istinadla xəbər verir ki, Maskın sözləri “New York Times” nəşrinin veb-saytında yer alan “Sway” internet radio-yayımında yer alıb.

Mask koronavirus təhlükəsini ciddi qiymətləndirmədiyinə dair ittihamları rədd edib. “Yüksək infeksiya dərəcəsi olduğu halda aşağı ölüm nisbəti"- əlimizdə olan gerçəklik budur” - deyən milyarder bu vəziyyətdə karantin altında bütün ölkəni deyil, yalnız risk altında olanları saxlamanın daha doğru olduğunu qeyd edib. 

Aparıcıs Kara Svişerin insanların pandemiya zamanı öldüyünə dair sualına cavab olaraq Mask "hər kəs ölür" deyə cavab verib.

İlon Mask “Tesla” qurucusunun koronavirus peyvəndlərindən anlayışının  olmadığını söyləyən  iş adamı və xeyriyyəçi Bill Qeytsin tənqidlərinə də cavab verib. 

"Ay axmaq, biz sənin investisiya qoyduğun şirkət olan “CureVac” üçün peyvənd avadanlığı hazırlayırıq"- deyə Mas Qeytsi təqhir edib.

Sahibkar “Tesla”nın Almaniyanın “CureVac” biofarmatsevtik firmasının ortağı olduğuna aydınlıq gətirib.

Bir jurnalistin “COVID-19” peyvəndi hazır olanda özünün və ailəsinin aşılanıb-aşılanmayacağı barədə sualına İlon Mask bunu etmək fikrində olmadığını bildirib..
 
İsrail mediası iki məşhur iş adamı və milyarderin deyişməsini "əsrin davası" adlandırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də