Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur azərbaycanlı bloger Bakıda - AA nömrəli maşın sürdü, gəzintiyə çıxdı

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.
RegionTV.info xəbər verir ki, bu barədə bloger özü şəxsi "Instagram" hesabında məlumat verib.
Hüseyn Bakının mərkəzində izdihamla qarşılanıb və hər kəs onunla şəkil çəkdirmək üçün bir-biri ilə yarışıb. 
Bloger şəhərdə AA nömrəli maşınla gəzintiyə də çıxıb. 
Qeyd edək ki, bir neçə gün öncə Rusiya mətbuatında Hüseyn Həsənovun polis tərəfindən saxlanıldığı haqda xəbərlər yayılmışdı. Buna səbəb kimi "Lamborghini" markalı maşını sərxoş halda sürməsi və tibbi yoxlanışdan keçməkdən imtina etməsi göstərilmişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də