Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaralı döyüş yoldaşlarını xilas edərkən şəhid olan Anar Əsədovun qəhrəmanlığı

Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Anar Əsədovun cənnətdəki ilk doğum günü onun qəhrəmanlıq dolu xatirələri ilə qeyd edilib.                                                            
RegionTV.info xəbər verir ki, Şəhid Əsədov Anar Rafiq oğlu 1982-ci il iyulun 7-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1989-cu ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə daxil olan Anar hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilib. 1990-cı illərdə erməni vəhşiliyinə hələ yeniyetmə çağlarında şahid olan Anar düşmənə qisas hissi ilə yaşayıb. 2001-ci ildə həqiqi hərbi xidmətə yola düşən Anar hərb sirlərinə peşəkarcasına yiyələnib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işdə çalışsa da, Vətən harayı Anarı hərbçi olmağa səsləyib. Füzuli rayonunda yerləşən N saylı hərbi hissəyə müddətdən artıq hərbi quluqçu kimi hərbi xidmətə qəbul olunan Anar ön cəbhədə xidmətini davam etdirib. Həmləçi snayper və manqa komandiri olan Anar Vətən müharibəsində qorxu bilmədən həmişə öndə gedərək düşmənin atəş nöqtələrini susdurmaqda fəallıq göstərib. Snayper silahından açdığı dəqiq atəşlər erməni hərbi birləşmələrinə göz dağı olub. Cəbhədən ilk gündə gələn Qələbə xəbərlərində Anar və döyüşçü yoldaşlarının da payı olub. Döyüşlərin ikinci günündə düşmənin pusqusuna düşən silah yoldaşlarını xilas edərkən Anar şəhidlik zirvəsinə yüksəlib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən Anar Əsədov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edək ki, Anar Əsədov ailəli idi, dörd övladı yadigar qalıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də