
Azərbaycanda iyulun 1-dən etibarən 150 nəfərədək toyların keçirilməsinə icazə verilib. Avqustun 10-dan isə məhərrəmlik başlayır. Bir ildən artıq müddətdə toyların keçirilməməsi, üstəlik “Delta” ştammı ilə əlaqədar bir çox ölkələrdə yenidən karantin tətbiq edilməsini nəzərə alaraq insanlar toylara yenidən qadağa qoyulacağını düşünür.
Hacı Şahin isə “Ölkə.az”a açıqlamasında söyləyib ki, Məhərrəmlik matəm ayı sayılır:
“Ümumiyyətlə, bu ayda İmam Hüseynə hörmət əlaməti olaraq insanlar əsrlərdir Azərbaycanda şadlıq mərasimləri keçirmirlər. Ona görə də güman etmirəm ki, məhərrəm ayında insanlar toy etsin. Çünki səfər ayı bir matəm kimi də qeyd olunur. Hər bir halda insanlar yəqin ki, həmişə olduğu kimi buna riayət etməyə çalışacaqlar”.