Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qızına təcavüz edən ata xəstəxanadan qaçdı

Türkiyənin Antalya şəhərinin Serik rayonunda 15 yaşlı qız intihara cəhd edib. 
RegionTV.info xəbər verir ki, həyatı xilas edildikdən sonra dindirilən zaman o, atası tərəfindən dəfələrlə cinsi istismara məruz qaldığını etiraf edib.
Hadisədən sonra 15 yaşlı qızın atası saxlanılsa da, özünü pis hiss etdiyini söyləyib və xəstəxanaya yerləşdirilib. Daha sonra o, xəstəxanadan qaça bilib.
Sözügedən şəxs qaçdıqdan sonra ailəsinə məktub göndərərək onları hədələyib.
“Həbsxanadan qorxmuram. Amma həbsə düşsəm, sizi də bu dünyadan göndərəcəm”. – sözlərini yazıb.
Əməliyyat-axtarışlarının davam etdirildiyi bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də