AZAL-a məxsus “Boeing 767 32L (ER)” təyyarəsi bu gün saat 12:24-də Bakıdan havalanaraq Xəzərin üstündə dövrə vurub, daha sonra Mingəçevir istiqamətində dönüb yenidən Bakıda enişə keçib.“Ölkə.az” xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji üzrə ekspert İlham Şaban paylaşım edib.
Azərbaycan Hava Yollarının (AZAL) mətbuat katibi Paşa Kəsəmənski RegionTV.info-ya açıqlamasında bildirib ki, təyyarənin eniş etməsi AZAL-ın planlaşdırılmış uçuş təlimləri ilə əlaqədardır:
“Bu mütəmadi olan bir şeydir. Plan üzrə təlimlər icra olunur” – məlumatda bildirilib.
Xəbəri paylaş