Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avtomobillə vurulan piyada xəstəxanada öldü

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RegionTV.info-ya verilən məlumata görə, iyulun 6-da saat 23 radələrində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi ərazisində Şükürbəyli kənd sakini Ceyhun Səfərov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən Böyük Bəhmənli kənd sakini Nurəddin Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 7-də saat 1 radələrində orada ölüb.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də