Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elmar Vəliyev hələ də özünü icra başçısı bilir

Üç il öncə başından güllələnən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin psixoloji durumu ilə bağlı ekspert rəyi açıqlanıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Gəncə işi” ilə bağlı məhkəmə prosesi iyulun 15-də davam etdiriləcək: “Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, onda sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”.

RegionTV.info-nun məhkəmədən əldə etdiyi məlumata görə, ekspert rəyində, həmçinin, Elmar Vəliyevə “Retroqrad amneziya” diaqnozu qoyulub. Amneziya xəstəliyinin bu növünə tutulan şəxslər travmayadək olan hadisələri yaxşı xatırlasa da, hadisəni və ondan sonrasını tamamilə unudurlar.

Elmar Vəliyev də hazırda ona sui-qəsd edildiyini və vəzifədən çıxarıldığını xatırlamır. 

Məlumata görə, Vəliyev hələ də özünü icra başçısı kimi hiss edir və gündəlik həyatında buna əsaslanan davranışlar sərgiləyir. Buna görə də sabiq icra başçısı daimi nəzarətdə saxlanılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də