Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İyulun 15-dən yenidən SƏRT KARANTİN olacaq? – “BAŞQA YOLUMUZ YOXDUR”

Azərbaycanda son günlər COVID-19 virusuna yoluxanların sayı yenidən artmağa başlayıb. Bəzi məhdudiyyətlərin aradan qalxması insanlarda bir növ arxayınlıq yaradıb.
Bəs görəsən yoluxma sayındakı artım davam edərsə karantin qaydaları sərtləşdirilə bilərmi?
Mövzu ilə bağlı RegionTV.info-nun suallarını cavablayan tibb elmləri namizədi Şəmsiyyə Namazlı bildirib ki, insanlar maska taxmağı və qaydalara əməl etməyi tamamilə unudub:
“Sosial məsafə qaydasına ümumiyyətlə əməl edən yoxdur. Pandemiya başlayandan bəri üç əsas qaydaya əməl etməyimiz tələb olunur. Bunlar maska, gigiyena və sosial məsafədir. Lakin indi bu qaydaların heç birinə əməl edilmir. Vaksinasiya prosesi davam edir. Lakin tam başa çatmayıb. Amma peyvəndin vurulması o demək deyil ki, biz virusa yoluxmayacağıq. Peyvənd  xəstəliyi daha yüngül formada keçirmək üçündür”.
Həkim qeyd edib ki, yenidən sərt karantin rejimi tətbiq edilə bilər:
“İndi cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranıb ki, sanki pandemiya bitib. Lakin bu belə deyil. Əvvəlki həyata qayıtmaq üçün tələsməməliyik. Çünki hələ qarşıdan virusun daha təhülkəli versiyası olan “Delta” ştammı gəlir. Düdzür, Azərbaycanda hələ bu virus qeydə alınmayıb. Amma qonşu ölkələrdə virusa yoluxanların sayı kifayət qədərdir. Bu, qarşısı alınmaz, müalicəyə gec tabe olan bir virusdur. Ən pisi də odur ki, “Delta”ya daha çox gənclər və uşaqlar yoluxur. Bəli, yoluxma sayı artarsa, yenidən karantin qaydaları sərtləşdirilə bilər. Mən şəxsən sərt karantin rejimini dəstəkləyirəm. Çünki insanlar qadağaları aradan götürüldükdən sonra vəziyyətdən sui-istifadə etməyə başladı. Ona görə də sərt karantin rejiminə və cərimələrə keçmək lazımdır. Bizim başqa yolumuz yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə iyulun 15-dən sonra bəzi qapanmaların olacağı haqqda iddialar səsləndirilib. Bu iddialarla bağlı isə heç bir rəsmi açıqlama yoxdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də