Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağ Muğam Mərkəzi “kolxoz qanunları” ilə idarə olunur- FOTO/FAKT

RegionTV.info                                                                                               
Azər­bay­ca­nın zən­gin mu­si­qi sə­nə­ti ço­xəsr­lik in­ki­şaf ta­ri­xi­nə ma­lik­dir və xalqımıza məxsus mu­si­qi haq­qın­da ilk mə­lu­mat­lar ar­xeo­lo­ji qa­zın­tı­lar za­ma­nı aşkar olunmuş bir sı­ra abi­də­lər­dən, o cümlədən Qo­bus­tan və Gə­mi­qa­ya qa­ya rəsm­lə­rin­dən əldə olunmuşdur. Bundan əlavə, “Ki­ta­bi-Də­də Qor­qud”da, Ni­za­mi­nin və Fü­zu­li­nin əsər­lə­rin­də də or­ta əsr­lə­rin mu­si­qi hə­ya­tı, mu­si­qi janr­la­rı, mu­si­qi alət­lə­ri haqda zən­gin mə­lu­mat ve­ril­miş­dir.  İlk ya­zı­lı ədə­bi abi­də­miz olan “Ki­ta­bi-Də­də Qor­qud” das­ta­nın­da mu­si­qi ilə bağ­lı bir sı­ra par­ça­la­rın möv­cud­lu­ğu, das­tan bo­yun­ca müx­tə­lif mu­si­qi alət­lə­ri­nin ad­la­rı­nın çə­kil­mə­si və s. məhz mu­si­qi­mi­zin qə­dim­ tarixə malik olmasının əya­ni sü­but­dur. Bir sözlə, Azərbaycan musiqisinin kökləri əsrlərin dərinliklərinə qədər gedib çıxır. Bu gün tam əksəriyyət dərk edir ki, musiqi həyatımızın ayrılmaz bir hissəsidir və bu bağlılıq insan ömrünün ilk anlarından başlayır. Faktır ki, hazırda musiqisimizin, incəsənətimizin, bir sözlə mədəni həyatımızın bütün sahələrinin inkişaf etdirilməsinə baxmayaraq, bu gün bəzi musiqi məktəblərində, mərkəzlərdə  olmazın addımlar atılır, bir sözlə qədim tarixə malik olan mədəni həyatımızın “bel sütunu” sındırılır. Bunlardan biri də, Ağcabədi şəhər F.Əlizadə küçəsi № 16 ünvanında fəaliyyət göstərən Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzidir. Qeyd edək ki, hal-hazırda bu Mərkəzdə direktor vəzifəsini Tofiq Astan oğlu Cəfərov daşıyır. Unutmaq olmaz ki, bu şəxs rəhbər vəzifəni daşısa da, bu gün rəhbər şəxsə məxsus olmayan addımlarını atmaqla da məşğul olur. Məsələn, redaksiyamıza daxil olan müfəssəl məlumatlara görə Tofiq Cəfərov rəhbərlik etdiyi Mərkəzin ştat cədvəlində adı olmayan Leyla adlı xanıma (hansısa maraqlar əsasında) xüsusi səlahiyyət verib. Yəni, adı çəkilən bu xanım Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində ştat cədvəli üzrə işçi olmasa da, o, sanki özünü “Ərəbzəngi” rolunda aparır və Mərkəzin ştat cədvəli üzrə olan bəzi işçilərini aşağılamaqdan da ehtiyat etmir. Belə ki, Leyla adlı bu xanım daha çox Mərkəzdə təsərrüfat şöbəsinin müdiri vəzifəsini daşıyan Nurlan Babayevi “gözümçıxdıya salır” və onunla “kolxoz qanunları” əsasında davranır. Yəni, o, Nurlan Babayevə “Mən bura gələndə sən bura gəlmə və çıx get” də deyir. Hətta, ona “Səni prokurorluğa verəcəyəm” deyib, təsərrüfat şöbəsinin müdirini təhdid etməkdən də çəkinmir. Bu da onu sübut edir ki, Tofiq Cəfərovun xüsusi səlahiyyət verdiyi Leyla adlı xanım Qarabağ Muğam Mərkəzində qeyri-formal olsa da, bu gün əməlli-başlıca söz sahibidir. Belə olan halda atalar sözü olan “yersiz gəldi, yerli qaç!” yada düşür.    Daha çox diqqəti cəlb edən halın varlığı isə, Tofiq Cəfərovun rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində ştat cədvəli üzrə çalışanların “aylıq toskı”ya oturmalarıdır. Yəni əldə etdiyimiz müəyyən məlumatlara görə, Leyla adlı bir xanıma xüsusi səlahiyyət verən direktor hər ay işçilərdən aylıq “haqq-hesab” yığır və bununla da Azərbaycan musiqisinin, incəsənətinin, bir sözlə mədəni həyatımızın “bel sütunu”nu sındırmaqla məşğul olur. O halda sual oluna bilər ki, görəsən Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzini “kolxoz qanunları” ilə idarə edən Tofiq Cəfərovun “şeytan əməlləri”ndən xəbərdardırmı? Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra cənab Nazir Qarabağ Muğam Mərkəzinə rəhbərlik edən şəxsin “naqis əməlləri”nin araşdırılması yöndə lazımi tapşırığını verib, müvafiq qərarını da açıqlayacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
 Mövzu diqqətimizdədir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də