Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mətbuata sızan məxfi hökumət sənədi Çin peyvəndini biabır etdi

RegionTV.info                                                                                                   
Səhiyyə Nazirliyinin mətbuata sızan sənədi Tailandda səhiyyə işçilərinə əlavə olaraq möhkəmləndirici dozanın vurulması tələblərinə yol açıb. Sənəddə yer alan digər bir şərhdə bu addımın Çin peyvəndini gözdən salacağı barədə xəbərdarlıq edilib.Müxtəlif fikirləri özündə əks etdirən sənəd sosial mediada geniş paylaşılıb. Sənədin orijinal olması Tailandın səhiyyə naziri Anutin Çarnvirakul tərəfindən təsdiqlənib.
Sənəddə adı açıqlanmayan bir rəsminin şərhi yer alıb. Şərhdə bildirilir ki, Pfizer-BioNTech vaksininin möhkəmləndirici dozasını səhiyyə işçilərinə vurmaq məsləhət görülmür. Çünki bu halda "SinoVac" peyvəndinin effektli olmadığı üzə çıxacaq.
Tailand Sinovacın təsirsiz hala gətirilmiş virus peyvəndini əksər səhiyyə işçilərinə tətbiq edib və onun real dünyadakı tədqiqatı, ölümün və ağır simptomların azaldılmasında iki dozanın 95 faiz təsirli olduğunu göstərib. Tədqiqat Alfa variantı ilə yoluxmanın dayandırılmasında 71-91 faiz aralığında təsirli olduğunu göstərib.
Sinovac peyvəndin effektivliyi barədə şərh tələbinə dərhal cavab verməyib. Sızdırılan sənəddəki şərh yüksək tibbi şura rəsmisi də daxil olmaqla Tailandın məşhur səhiyyə mütəxəssislərinin səhiyyə işçilərinə Pfizer-BioNTech möhkəmləndirici dozası verməsi çağırışlarına səbəb olub.
“”Pfizer”i tibb işçilərinə verin” həştəqi bazar ertəsi günü 624 mindən çox tvitlə ölkədə Twitter-də trend olub.
Şöbə müdiri Opas Karnkavinpong jurnalistlərə sənədin orijinal olmadığını desə də, səhiyyə naziri bunun əksini deyib.
Anutin gücləndirici dozaya dair şərhin "sadəcə bir fikir" olduğunu və peyvənd siyasətini təyin edən bir mütəxəssis şurası tərəfindən irəli sürüldüyünü söyləyib. Nazir iki doza Sinovac vaksininin təsirli olduğunu və "standartları aşan nəticələr verdiyini" əlavə edib.
Tailandlı mütəxəssislər hökuməti əhalini daha yaxşı qorumaq üçün müxtəlif növ peyvəndlərdən istifadə etməyə çağırıblar.
Tailand gələcəkdə çatdırılması üçün 20 milyon doza Pfizer-BioNTech peyvəndi satın alıb və bu ayın sonunda ABŞ-ın bağışladığı 1,5 milyon doza alacaq.
Dünya Səhiyyə Təşkilatı mütəxəssisləri, Sinovac peyvəndinin 60 yaşınadək insanlarda Covid-19-un qarşısını almaqda təsirli olduğunu müəyyən ediblər, lakin ciddi mənfi təsirlərə dair kifayət qədər məlumat olmadığına diqqət çəkiblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də