Bu gün Vətən müharibəsinin şəhidi Anar İsrəfilovun ailə üzvlərinə “Vətən uğrunda” medalı təqdim edilib.
RegionTV.info xəbər verir ki, təqdimetmə mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov və digər məsul şəxslər iştirak ediblər.
Dövlət təltifini şəhidin atasına təqdim edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin keçdiyi döyüş yolunu danışıb: “Anar İsrəfilov və onun kimi cəsur əsgərlərimiz Qarabağda erməni işğalına son qoydular. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il ordumuz tarixi zəfər qazanıb”.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı söhbət zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlandı.
Xəbəri paylaş