RegionTV.info
Ukraynada dəhşətli cinayətin üstü açılıb.
Yerli KİV-in yaydığı məlumata görə, Hadisə Xarkov yaxınlığındakı Sumı vilayətində baş verib.
Ölkənin Baş prokurorluğundan bildirilib ki, 2016-cı ildən etibarən ata 2006-cı il təvəllüdlü qızının psixi pozğunluğu və əqli inkişafdan geri qalmasından istifadə edərək onu mütəmadi olaraq zorlayıb. 2018-ci ildən isə onlarla bir evdə yaşayan qızın dayısı da cinayət əməlinə qoşulub.
Azyaşlının qohumu olan bir xanım polisə müraciət edərək qızın bədənində zorakılıq izlərinin görüldüyünü bildirib. Araşdırma nəticəsində dəhşətli fakt ortaya çıxıb.
Hazırda hər iki kişi saxlanılıb. Cinayət üzrə istintaq aparılır.
Xəbəri paylaş