Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda avtobus yük avtomobili ilə toqquşub - Xəsarət alanlar var

Bakının Sabunçu rayonunda avtobus yük avtomobili ilə toqquşub.
RegionTV.info xəbər verir ki, yol qəzası Pirşağı qəsəbəsi ərazisində baş verib.
173 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Ford” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 1994-cü il təvəllüdlü Məmmədov Vüqar Asəf oğlu, 1986-cı il təvəllüdlü Qasımov Rahil Alıca oğlu və 1999-cu il təvəllüdlü Quliyev Şahin Rasim oğlu ağır bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də