Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Arağı pivə ilə qarışdırmaq olarmı? Alimlərin cavabı

RegionTV.info                                                                                                     
Hesab edilir ki, spirtli içkiləri qarışdırmaq olmaz.
Əks təqdirdə səhər kəskin başağrısını təmin etmiş olacaqsınız. Lakin britaniyalı alimlərin apardığı araşdırma sizi təəcübləndirəcək
Maraqlıdır ki, insanın meymundan fərqi spirtli içkilərə münasibətdə də özünü biruzə verir. Yazlnız insan bu pis vərdişə aludə olur və səhərlər başağrılarından əziyyət çəkir.
Adətən güclü “poxmel” sindromlarının səbəblərindən biri araq və pivənin qarışmasından əmələ gələn kokteyl sayılırdı. Səhər pis əhval-ruhiyyədə olmamaq üçün biz qradusu qaldırmağa, yemək yeməyə və bu iki içkini qatmamağa öyrəşmişik. Lakin britaniyalı alimlərin apardığı araşdırma maraqlı nəticə verib.
Onlar araşdırmalara bir neçə qrup insan cəlb ediblər. Qruplar fərqli alkohol növlərini fərqli sıralama və proporsiya ilə içməli olublar. Araşdırmaçılar isə fərqli avadanlıqların sayəsində onların özünü necə hiss etdiyini ölçür və qeyd edirdilər.
Nəticələrə əsasən, pivədən başlayıb, təxminən bir saat sonra arağa və ya çaxıra keçdikdə heç nə baş vermir. Məlum olub ki, içkilərin siralaması əhval-ruhiyyəyə heç bir təsir etmir onların hamısı mədədə qarışır və müvafiq simptomlar səhər özünü biruzə verir. Bu bütün spirtli içki növlərinə aiddir. Hamısını birdən içdikdə və ya bütün gecəni yavaş-yavaş qatsanız da, səhər nəticə eyni olacaq.
“Poxmel”in qarşısını alan isə məhz içilən alkoholun miqdarıdır. Nə qədər az içsəniz, o qədər özünüzü yaxşı hiss edəcəksiniz. Sözsüz ki, hər insanın həddi özündən asılıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də