Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

N.Paşinyanın müsahibəsində tarixi “erməni yalanları” - Nəsiman Yaqublunun yazısı






Bir millətin, bir toplumun içərisində bir şəxsin yalan danışması mümkün,lakin bu yalanın bütöv millətin xarakterinə çevrilib onun əsas göstəricisi olması fəlakətdir.Bax erməni toplumu bu fəlakətə yoluxub və bundan xilas ola bilmir.İki gün əvvəl Ermənistanın Baş Naziri N.Paşinyanın “Rossiya 1” televiziya kanalına verdiyi müsahibədə biz bunun bir daha şahidi olduq. Əslində N.Paşinyanın sərgilədiyi mövqe və fikirlər qaynağını 100 ildən çoxdur formalaşmış “erməni xisləti”ndən götürür.Yəni burada bir təəccüblü məqam yoxdur.
     
Bir zamanlar özlərinin guya məruz qaldıqları  qondarma “soyqırımı”nı dünya ictimaiyyətinə əsassız faktlarla çatdırmağa çalışan ermənilər, hətta ABŞ-ın Türkiyədəki o zamanki səfiri Morqentaunu da maliyyələşdirib “Səfir Morqentaunun xatirələri” kitabını 100 minlərlə tirajda ingilis və başqa dillrdə dünyaya yaydılar.Lakin zaman keçdikcə ermənilərin bu yalanı təsdiq olunmadı.
      
Birinci Dünya Savaşında Türkiyəyə qarşı Çar Rusiyası ordusunda  döyüşən və bu döyüşlərdə ölən erməniləri də soyqırım qurbanları siyahısına daxil edən ermənilərin növbəti yalanınının da üstü açıldı.
     
İndi həmin mövqe N.Paşinyan tərəfindən ortalığa qoyulmaqdadır.
       
N.Paşinyanın çıxışındakı əsas məqamlara diqqət edək:1) O, hər vasitə ilə Azərbaycan xalqı ilə digər müsəlman toplumları arasında ziddiiyyət olduğunu vurğulamağa çalışır.Qeyd edir ki, Suriyadan gələn döyüşçülərlə yerli müsəlmanlar arasında toqquşma baş verir və s.
      
Təkzib: Əslində Nə Bakıda, nə Azərbaycanın hansısa bir guşəsində belə hadisə olmayıb.Azərbaycana Suriyadan döyüşçü gətirilməsini isə N.Paşinyandan başqa heç kim bilmir.
        
2) N.Paşinyan müsahibəsində qəsdən və bilərəkdən qondarma “Artsax Respublikası” və “Öz müqəddaratını təyin etmə”  sözlərini işlətmir.Axı əvvəllər o, bu sözləri tez-tez işlədər və xüsusi vurğulayardı.O, müsahibəsində daha çox “Qarabağ xalqı” ifadəsinə ustünlük verir.N.Paşinyan başa düşür ki, ermənilərin Azərbaycan torpaqlarında elan etdiyi qondarma ikinci erməni dövləti heç zaman dəstək qazanmayacaq(xüsusən indiki şəraitdə) və uğursuzluğa düçür olacaq.Odur ki ikinci fikrə daha çox önəm verir.
       
3) N.Paşinyan   bu döyüşlərdə Türkiyə amilini daha çox qabardır və Azərbaycan dövlətinin və Azərbaycan  ordusunun  adını çəkmir.
İzah: Onun məqsədi Türkiyənin adını hallandırıb dünya ictimaiyyətini və xüsusən, Rusiya dövlətini qıcıqlandırıb bu müharibəyə cəlb etməkdir. Eyni zamanda, N.Paşinyan belə oyunları ilə yüz ildir ki, yaratdıqları “zavallı, yazıq erməni  xalqı” obrazını yenidən gündəmə gətirmək, öz işğalçı planlarını davam etdirmək istəyindədir..
      
Ancaq ortalıqda bir həqiqət də görünməkdədir. Yəni Azərbaycan el məsəlində deyildiyi kimi:”bıcaq sümüyə dirənib”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də