Bakıda montyor iş başında ölüb.
RegionTV.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.
Məlumata görə, "Azərişıq" ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb.
O, yerindəcə keçinib.
Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır.
Xəbəri paylaş