"Heç bir məhdudiyyət Delta ştammının Azərbaycana gəlməsinin qarşısını 100 faiz ala bilməyəcək".
RegionTV.info xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib. O bildirib ki, hələlik ölkəmizdə bu ştamma yoluxma faktı qeydə alınmayıb:
"Artıq 100-ə yaxın ölkədə Delta ştammı, 11-dən çox ölkədə isə "Delta plus” variantı aşkarlanıb. Qonşu ölkələrin bəzisində də Delta ştammına yoluxma faktı təsdiqini tapıb. Azərbaycanda isə bu ştamma yoluxma ilə bağlı təsdiqini tapan məlumat yoxdur. Lakin bu, o demək deyil ki, Azərbaycanda "Delta”ya yoluxma olmayacaq.
Artıq sərhədlər açılıb və xarici ölkələrlə gediş-gəlişə başlanılıb. Buna görə də Delta ştammının Azərbaycana gəlməsində elə də ciddi əngəl yoxdur. Heç bir məhdudiyyət də bunun qarşısını 100 faiz ala bilməyəcək”.
Xəbəri paylaş