Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb. RegionTV.info xəbər verir ki, hadisə rayonun Uzunboyad kəndində qeydə alınıb. Polis nəfəri, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu avtomobil vurub. O aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.