Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alan var

Şəkidə iki minik avtomobili toqquşub.
RegionTV.info bildirir ki, hadisə iyulun 5-i axşam saat 23 radələrində Şəki-Qax yolunun 25-ci km-də baş verib.
1973-cü il təvəllüdlü, Balakən rayonu Qullar kənd sakini Emçiyev Rəsul Nəcməddin oğlu idarə etdiyi "Jeep Graldcherokee" markalı avtomobillə Şəki şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan 1994-cü il təvəllüdlü Şəki rayonu Birinci Biləcik kəndində yaşayan Məmmədov Hacı Nadim oğlunun idarə etdiyi "Vaz 21074" markalı avtomobillin arxa hissəsindən vurub.
Qəza nəticədə "Vaz 21074" markalı avtomobilin sürücüsü Hacı Məmmədov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də