
RegionTV.info xəbər verir ki, bu sözləri açıqlamasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev deyib.
N.Canıyev “Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: “Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”
Xatırladaq ki, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 2 nəfərin işi məhkəməyə göndərilib.
Qeyd edək ki, Türkiyə mətbuatında sözügedən qətllə bağlı Namiq Canıyevin axtarışa verildiyi xəbərləri yayılsa da belə hüquq-mühafizə orqanları məlumatı təsdiq etməyiblər.