Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında dustaq ölümü baş verib.
RegionTV.info saytının əldə etdiyi məlumatına görə, Yevlax sakini, 08.11.74 cü il təvəllüdlü məhkum Səfərov Zöhrab Zakir oğlu artıq dozada narkotik vasitə qəbul etdikdan dərhal sonra 3 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin iyulun 3-də gecə saatlarında baş verdiyi bildirilir.
Olaydan aydın olur ki, Gəncə İstintaq Təcridxanasında istifadəsi qanunla qadağan edilən əşyalar, hətta narkotik maddələr dövr edir. Dustaqlar arasında narkotik maddənin açıq dövriyyəsinin qarşısının niyə və hansı səbəbə tam alınmadığını araşdırmaq vacibdir.
Xatırladaq ki, son illərdə Gəncə istintaq təcridxanasındakı özbaşınalıqlar xeyli artıb və bu barədə mediada tənqidi materiallar yayımlanıb. Təcridxananın rəis heyətinin tez-tez işdən qovulması da nöqsanların kökünü kəsə bilməyib.
Təcridxanaya hazırda Asif Quliyev rəhbərlik edir.
Xəbəri paylaş