Milli Qəhrəman Əliyar Əliyevin bacısı oğlu, keçmiş Qarabağ döyüşçüsü, Respublika Milli Qəhrəmanlar Birliyinin sədr müavini Füzuli Həsənov əsgərlərimizə döyüşdə uğurlar arzulayıb.
F.Həsənov Moderator.az-a açıqlamasında torpaqlarımızın hər bir qarışının erməni murdarlarından təmizləməyin vacibliyini vurğulayıb:
“Əlbəttə, biz neçə ildən bəri gözlədiyim sevincimizə qovuşmuşuq. Demək olar ki, bizim sevincimizin həddi-hüdudu yoxdur. Allah bizim əsgərlərimizi qorusun və onlar tezliklə işğalda olan torpaqlarımızı azad etsin və bayrağımızı o torpaqlarda ucaldaq. Mən özüm də döyüşə getmək üçün müraciət etmişəm. Özüm ehtiyatda olan zabitəm və səhhətimdəki problemlərdən asılı olmayaraq hərbçilərimizə dəstək olmağa hər zaman hazırıq. Hazırda oğlum döyüş bölgəsindədir, xidmət edir. Düşünürəm ki, döyüşə gedib əsgərlərimizə əlimdən gələn köməyi edə bilərəm. Əsas odur ki, torpaqlarımız erməni murdarlarından təmizlənib azad olunsun və mən alınan yerlərdə dizlərimi yerə qoyub o torpaqdan öpəcəm”.