Yaponiyanın Atami şəhərində baş verən torpaq sürüşüməsi nəticəsində itkin düşənlərin sayı 24 nəfər təşkil edir.
RegionTV.info bildirir ki, bu barədə ölkənin İctimai Televiziyası xəbər verib.
Məlumata əsasən, artıq 3 gündür şəhərdə dağıntıların təmizlənməsi üzrə işlər davam etdirilir. Dağıntılar altında insanların qaldığı ehtimal edilir.
Qeyd edək ki, daha əvvəl 64 nəfərin itkin düşdüyü bildirilirdi. Hazırkı dövrədək xilasedicilər onlardan 40 nəfərinin yerini müəyyən ediblər.
Xəbəri paylaş