RegionTV.info
Füzuli və Zəngilan rayonları ərazisində basdırılmış onminlərlə minanın xəritələrinin Azərbaycana verilməsi ilk növbədə Prezident İlham Əliyevin siyasətinin, diplomatik məharətinin növbəti uğurudur. Ağdamdan sonra daha iki rayonda basdırılmış minaların xəritələrinin Azərbaycana təqdim edilməsi bölgədə aparılan infrastruktur işlərinə böyük töhfə verəcək. Bilirsiniz ki, hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə aparılır. Paralel olaraq minatəmizləmə missiyası da həyata keçirlir. Mina xəritələrinin verilməsi hər iki işin icrasına sürət gətirəcək. Doğrudur, hazırda bu xəritələrin dəqiq olub-olmaması ilə bağlı fəqrli fikirlər var. Hər halda, Azərbaycan dövləti o xəritələri qəbul edərkən, orada göstərilən yerlərdə nümunə üçün axtarış işləri aparılır. Ona görə də, düşünmək olmaz ki, Azərbaycan bu xəritələri yoxlamadan, sadəlövhcəsinə qəbul edir. Digər tərəfdən, xəritə və məhbusların mübadiləsində vasitəçi kimi iştirak edən ABŞ və ya Rusiya bu xəritələrin dəqiqliyinə məsuliyyət daşıyırlar və qarant dururlar. Bu yaxınlarda bir həftə içərisində Kəlbəcərdə iki mina partlayışı, nəticədə insan tələfatı göstərdi ki, bu ərazidə də mina təöhlükəsi qalmaqdadır. Xüsusilə, Murovdağ aşırımı istiqamətində kütləvi mina basıdırılması realdır. Yazda qarın əriməsindən sonra bu istiqamətdə basdırılmış minalar üzə çıxmışdı. Biz ümid edirik ki, Ermənistan konstruktiv mövqe tutaraq digər rayonların, o cümlədən, Kəlbəcərin ərazisində basdırılmış mina xəritələrini də təqdim edəcək. Bunun alternativi yoxdur. Müharibə, münaqişə bitibsə, insan itkisinə səbəb olan vasitələrin gizli saxlanılmasından çəkinmək lazımdır. Beynəlxalq hüquq və humanizm prinsipləri bu yanaşmanı tələb edir.
Xəbəri paylaş