Kubada qasırğa 180 min sakinin təxliyəsinə səbəb oldu
Tarix: 5-07-2021, 08:30Xəbərə baxış: 242
"Elza" qasırğasının Kubanın şərq sahillərinə və ölkənin mərkəzinə doğru hərəkət etməsi səbəbindən sakinlərin təxliyyəsi aparılır. RegionTV.info xəbər verir ki, indiyə qədər ən azı 180 min nəfər təxliyyə edilib. Üç nəfərin artıq "Elza" qasırğasının qurbanı olduğu bildirilir: iki nəfər Dominikan Respublikasında, daha biri Sent-Lusiyada.