Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən RegionTV.info-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:02-də qeydə alınıb. Zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib.