RegionTV.info
Bakıda mənzildə qadın meyiti aşkarlanıb. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əbilova Səidə Mirşahin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Xəbəri paylaş