Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vasif Talıbov bilet probleminə görə rəisi işdən çıxardı - FOTO

Naxçıvan Muxtar Respublikası Aviakassasının rəisi işdən azad olunub.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun əmri ilə Muxtar Respublika Aviakassasının rəisi Emin Orucəliyev tutduğu vəzifəsindən azad olunub. Onun son günlər baş verən bilet narazılıqlarına görə vəzifəsindən azad olunduğu qeyd edilib.
Qeyd edək ki, bir müddətdir AZAL-ın Naxçıvan-Bakı reysinə kiçik tutumlu təyyarələrin verilməsinə görə bilet problemləri yaşanırdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də