Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda universitet tələbəsini restoranda qətlə yetirdilər-FOTO

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb.
RegionTV.info xəbər verir ki, hadisə “Miraj” restoranının ərazisində baş verib.
Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.
İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.
Mingəçevirdə tələbəni qətlə yetirən şəxs saxlanılıb.
Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının şəhər Prokurorluq əməkdaşları ilə birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir Dövlət Universitetinin birinci kurs tələbəsi Məhəmməd Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də