Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı qadın Türkiyədə təcili yardım maşınında ana oldu

RegionTV.info                                                                                             
Türkiyənin Ayfonkarahisar bölgəsinin Sandıklı rayonunda Azərbaycan vətəndaşı olan hamilə qadın təcili yardım avtomobilində uşaq dünyaya gətirib.Hadisə haqda Türkiyə regional KİV-ləri yazır.
Xəbərə görə bu gün səhər saatlarında Sandıklı rayonunun Ailə Səhiyyə Xidmətləri Stansiyasına Çambeyli kəndindən hamilə qadının doğuş sancılarının başladığı haqda çağırış daxil olub. Tibb işçiləri kəndə gediblər və qadına yaşadığı evdə ilkin tibbi müdaxilə ediblər, daha sonra onu təcili yardım avtomobili ilə Sandıklı Dövlət Xəstəxanasına çatdırmaq üçün yola çıxıblar.
 
Təcili yardım avtomobili yolda olarkən qadının vəziyyəti dəyişib və sancıları artıb. Nəticədə tibb personalı avtomobili yolun kənarına çəkərək doğuşu qəbul ediblər. Sağlam şəkildə dünyaya gələn körpə və anası daha sonra xəstəxanaya aparılıb.
Bu hadisə Türkiyə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin sosial media hesabından “Xoş gəldin, körpə Günbaş. Ömrün boyunca yolunun hər zaman bu cür sevgi dolu, gözəl ürəkli insanlarla kəsişməsi arzusu ilə” mesajı ilə paylaşılıb.
 
Doğuşu qəbul edən tibb personalından biri Deniz Yetişkin deyib ki, bu cür hallar nadir baş verir. “Hər şeydən əvvəl ana və körpəsinin sağlığını düşündük. Sağlam körpə dünyaya gəldi, bu da bizləri çox sevindirdi”,-o deyib.
 
Doğuşdan sonra Sandıklı Dövlət Xəstəxanasına yerləşdirilən Aysel Cəlilova isə səhiyyə personalının onunla çox yaxşı davrandıqlarını deyib. Bildirib ki, xəstəxanaya aparılarkən Karadirek kəndinin yaxınlığında sancıları artıb və doğuş baş verib. “Körpəmlə ayrı, mənimlə ayrı maraqlandılar. Doktorlar, tibb bacıları çox yaxşı davranırlar. Bəlkə də anamdan, atamdan görmədiyim şəfqəti mənə göstərdilər. Səhiyyə işçilərindən Allah razı olsun”,-azərbaycanlı qadın deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də