Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RegionTV.info-ya verilən məlumata görə, iyulun 2-də saat 16 radələrində Hacıqabul rayonunun Qızılburun qəsəbəsi ərazisində V.Qaraşov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Hüsniyyə hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


