Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zaqatalada ferma yanıb

Zaqatalada ferma yanıb.                                                                       
RegionTV.info bildirir ki, hadisə rayonun Muğanlı kənd inzbati ərazisində inşa edilmiş, rayon sakini Qurban Məhəmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 300 kv/m olan fermada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində binanın yanar konstruksiyaları tam yanıb. Binanın içərisində olan bir baş xırdabuynuzlu heyvan təlaf olub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də