
RegionTv.info xəbər verir ki, nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in fəxri fərmanı ilə təltif olunub.
Bundan başqa, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı təltif edilib.