
RegionTV.info xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabiti – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin iyul ayında imzaladığı əmrlə Ə.Rzayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edilib.