“Təbii ki, diqqətlə qulaq asanlar bu cür də qiymətləndirilməliydi. Təşəkkürlər”.
RegionTV.info xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş bir izləyicisinin dəstək mesajı ilə bağlı deyib.
Həmin mesajda bu işdə bir tərslik olduğu, aparıcının hər zaman xalqın sözlərini çatdırdığı kimi cümlələr qeyd edilib.
Xatırladaq ki, Lalə Azərtaşın Azərbaycanda qazın qiymətinin artırılması ilə bağlı efirdə səsləndirdiyi fikirlər vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə tənqid edilən xanım aparıcı bu sözləri söyləmişdi:
“İndi soruşuram, qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin”.
Xəbəri paylaş