
Bəs görəsən Azərbaycanda ciddi dağıntılara səbəb olacaq zəlzələ ehtimalı varmı?
Mövzu ilə bağlı RegionTV.info-nun suallarını Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, professor Qurban Yetirmişli cavablayıb. O bildirib ki, yeraltı təkanlar hər gün müşahidə edilir:
“Hər gün müxtəlif sayda 18, 30, 40 yeraltı təkan baş verir. Lakin onlar hiss edilmir. Azərbaycanaın seysmogen bölgələrində, Xəzərdə,Talışda, Şamaxı-İsmayıllı, Zaqatala bölgələrdə zəif təkanlar hər gün qeydə alınır. Lakin yaxın günlərdə dağıdıcı zəlzələnin olacağı gözlənilmir”.